Bakı İstintaq Təcridxanasına giriş qaydaları DƏYİŞİB?

Bakı İstintaq Təcridxanasına daxil olmaq üçün vəkillərdən artıq təkcə vəkil vəsiqəsi deyil, həm də şəxsiyyət vəsiqəsi tələb olunur.

Bu məlumat sosial şəbəkədə vəkillər arasında müzakirə mövzusu olub.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, qaydalarda hər hansı bir dəyişiklik yoxdur.

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən, vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır.

Şəxsiyyət vəsiqəsi isə qanunvericiliyə əsasən, hər zaman tələb olunub”, – deyə məlumatda bildirilib. (oxu.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.