Bakı küçələrinin birinə şəhid general Polad Həşimovun adı verilib

Bakının Xətai rayonunda küçələrin birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.

Bu barədə Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, küçənin keçmiş adı Pavel Naximov olub: “Ötən ay Pavel Naximov küçəsini Polad Həşimov adına dəyişdirmək istəyimiz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavablandırılıb və küçəyə Milli Qəhrəmanımızın adı verilib”.

Xatırladaq ki, ölkə üzrə artıq ikinci küçədir ki, Polad Həşimovun adını daşıyır. Bundan əvvəl Qəbələ rayonunda Milli Qəhrəmanımızın adı küçəyə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müharibədə itkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı –

Sonrakı məqalə

İncəsənət xadimlərinə Prezident mükafatları təyin olunub –