Bakı Kənar Dairəvi yolunda təhlükənin qarşısı alınıb

yollar bağlanacaq
yollar bağlanacaq

Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsini müşahidə etdiyi üçün dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.