Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Bakı–Mərkəzi Asiya əməkdaşlığı Orta Dəhlizin inkişafına yeni impuls verir – Özbək politoloq

User 16 Noyabr 2025 - 16:11 (Last updated: 16 Noyabr 2025 - 16:11)
ozbek

Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə artıq üçüncü dəfə iştirakı Bakı ilə region ölkələri arasında münasibətlərin yüksək səviyyəyə çatdığının təsdiqidir.

Bunu APA-ya açıqlamasında Özbəkistanın Xarici Siyasət Araşdırmaları Mərkəzinin əməkdaşı, siyasi şərhçi Haşımova Şahodat deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya üçün Azərbaycan Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropa və digər bazarlara çıxışı təmin edən tranzit arxitekturasının əsas halqası kimi mühüm əhəmiyyət daşıyır: “Nəqliyyat əlaqəliliyinə və beynəlxalq dəhlizlərin inkişafına artan diqqət fonunda Azərbaycanın mövqeyi daha da strateji xarakter alır. Azərbaycan enerji sahəsində də etibarlı tərəfdaş kimi qalır. Bakı həm enerji resurslarının tədarükçüsü, həm də Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Gələcəkdə Azərbaycan Mərkəzi Asiya enerji resurslarının qərb istiqamətlərinə daşınması üçün əsas marşrutlardan birinə çevrilə bilər. Bu isə region ölkələrinin enerji təhlükəsizliyi və ixrac imkanlarını genişləndirmək strategiyasına tam uyğun gəlir. Eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya dövlətləri çoxşaxəli xarici siyasət yürüdür, beynəlxalq əlaqələrin diversifikasiyasına xüsusi önəm verirlər. Ortaq tarixi və mədəni bağlar isə siyasi dialoqun dərinləşməsi üçün əlverişli zəmin yaradır.”

Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasındakı əməkdaşlıq Orta Dəhlizin tam potensialının açılmasında həlledici rol oynadığını vurğulayan siyasi şərhçi qeyd eidb ki, Orta Dəhliz bu gün Avropa ilə Asiyanı birləşdirən ən perspektivli marşrutlardan biri kimi qiymətləndirilir: “Əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi, marşrutların dayanıqlığının artırılması və yükgöndərmə imkanlarının optimallaşdırılmasıdır. Azərbaycan “Orta Dəhliz” beynəlxalq nəqliyyat marşrutu çərçivəsində liman və dəmir yolu infrastrukturunu modernləşdirərək layihənin lokomotivi rolunu oynayır. Mərkəzi Asiya ölkələri Bakının bu sahədəki səylərini yüksək qiymətləndirir və prosesə fəal töhfə verirlər.”

“Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, ticarət donanması və doqquz beynəlxalq hava limanından ibarət şəbəkə – dəhlizin rəqabət qabiliyyətini gücləndirən əsas amillərdəndir. Son illərin göstəriciləri də əməkdaşlığın səmərəsini təsdiqləyir. 2024-cü ildə tranzit daşımalarının həcmi əvvəlki illə müqayisədə 18 faizdən çox artıb. 2025-ci ilin ilk on ayında isə 1 milyon tondan artıq yük daşınıb ki, bu da dinamik artımın davam etdiyini göstərir,” deyə o, fikrini yekunlaşdırıb.

AzPost.az

Post navigation

Previous: Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub
Next: KİV: Almaniya PUA-lardan müdafiəyə 100 milyon avro ayırır

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.