Bakı Polisinin istintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub –

ƏMR
17 Yanvar 2020 - 20:11

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. (APA)