Bakı–Qəbələ qatarlarının qrafiki dəyişir –yeni tarix və günlər açıqlandı

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan Bakı–Qəbələ–Bakı qatarlarının hərəkət qrafikində dəyişiklik ediləcək.

Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, yeni qrafikə əsasən qatarlar:

Bakıdan Qəbələyə – şənbə günü;

Qəbələdən Bakıya – bazar günü hərəkət edəcək.

Sərnişinlərə sentyabrın 19-dan sonrakı səfərlərini planlaşdırarkən yeni qrafiki nəzərə almaq tövsiyə olunur.

Qeyd edək ki, dəyişiklik mövsümlərarası keçidlə əlaqədardır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.