“Bakı Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini qəbul etməsi üçün iş aparır” –Robert Koçaryan

Qarabağ danışıqlarının bütün mərhələlərində nəqliyyat kommunikasiyalarının açılması və blokadanın götürülməsi müzakirə edilib. Ancaq bu, tənzimlənmənin yalnız son akkordu olmalı idi. Azərbaycan ərazi məsələsini güc yolu ilə həll etdi. Nəticədə 7 deyil, daha çox- 9 rayonu aldı”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Koçaryan erməni KİV-ləri üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Qarabağın statusunu Bakı ilə müzakirə etmək üçün erməni tərəfinin əlində heç nə yoxdur. “Azərbaycan məsələnin həll olunduğunu bəyan edir və tənzimləmənin son mərhələsinə daxil olduğunu deyir. Bakı hazırda elə vəziyyət yaratmaq istəyir ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan hakimiyyətini bu və ya digər formada qəbul etsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Doğurdanmı insanlar mənim çip qoyacağıma inanırlar?” –

Sonrakı məqalə

Ölkəyə qanunsuz yolla külli miqdarda qızıl gətirilməsinin qarşısı alınıb