Bakı qarnizonunun əsgəri nə üçün həlak olub? –Cinayət işi açıldı (RƏSMİ)

Azərbaycan Ordusunun əsgəri texniki qəza nəticəsində ölüb.

Müdafiə Nazirliyindən bildirilib ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Ordusunun əsgərinin texniki qəza nəticəsində həlak olması ilə bağlı cinayət işi açılıb.

Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun ölüm faktı barədə 02 iyul 2022-ci il tarixdə Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.