“Bakı Rusiyanın müttəfiqi deyil” –NATO-nun rəsmi nümayəndəsi Qafqaz əməkdaşlığından danışdı

“Cənubi Qafqazda NATO daha fəal çalışır. Regionun hər üç ölkəsi – Gürcüstan, Azərbaycan, Ermənistan NATO ilə münasibətlərin möhkəmlənməsinə cəhd edir. Azərbaycan üçün unikal istiqamət səciyyəvidir”.

Azpost.info bildirir ki, bu barədə NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində bildirib.

Ceyms Appaturay Alyansın Azərbaycanla münasibətlərinin çox yaxşı olduğunu hesab edir: Bakı Rusiyanın müttəfiqi deyil, lakin NATO-da üzvlüyə də can atmır. Azərbaycanla çox yaxşı əməkdaşlığımız var, bizim və Rusiyanın ali hərbi rəhbərlikləri arasında görüşə öz ərazisində ev sahibliyi etməsi yaxşı nümunədir. Bu istiqamətdə bizdə vacib əməkdaşlıq inkişaf edir”.

Onun sözlərinə görə, Gürcüstan üçün Alyansa üzv olmağa dair dəqiq məqsədlər səciyyəvidir, bizim bu ölkədə çox fəal iştirakımız var. “Biz Gürcüstana siyasi müstəqillik, suverenliyi qorumağa yardım etmək və bu məqsədə nail olmaq istəyirik. Bu ölkədə insanlar bunu istəyirlər və biz onların cəhdlərinə hörmətlə yanaşırıq”, – o qeyd edib.

Həmçinin, Appaturay Alyansın Ermənistanla «yaxşı əməkdaşlığını” qeyd edib. “Ermənistanın nümunəsi çox vaxt Moskvadan duyduğumuz arqumenti gözlə göründüyü kimi təkzib edir, guya NATO bu ölkəni qonşu Rusiyadan “qopararaq” Alyansa daxil etmək istəyir. Ermənistanın hazırki və əvvəlki rəhbərlikləri təsdiq edərlər ki, biz heç zaman Ermənistanı heç nəyə vadar etməmişik. Ermənistan KTMT-nin üzvüdür, Rusiyanın hərbi müttəfiqidir, Moskva ilə çox yaxşı əməkdaşlıq edir, lakin bu bizim İrəvanla yaxşı əməkdaşlığımıza əngəl törətmir”, – o əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan daxili işlər nazirinin istefasını qəbul etməyib

Sonrakı məqalə

Ekspertdən virusla bağlı qorxunc proqnoz: