Ərdoğan daxili işlər nazirinin istefasını qəbul etməyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun isstefasını qəbul etməyib.

Bu barədə Türkiyənin Rabitə Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Bildirilir ki, nazir istefa barədə ərizəni ölkə başçısına təqdim edib, lakin Prezident bu tələbi rədd edib: “Daxili işlər nazirinin istefası qəbul edilməyib, o, vəzifələrini icra etməyə davam edəcək”.

Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsində istefa verdiyi barədə öz “Twitter” səhifəsində yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Bakı Rusiyanın müttəfiqi deyil” –