Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub

Polis polkovniki Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, İdarənin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Korrupsiya ilə bağlı müraciət edən dövlət qurumlarının adları açıqlandı –

Sonrakı məqalə

Ermənistan atəşkəsi snayper tüfəngləri ilə pozub