Bakı Şəhər İcra Hakimiyyəti qarlı hava ilə bağlı görülən işlərlə bağlı açıqlama yayıb

Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb.

Verilən açıqlamada Bakıya düşən yağıntının miqdarının 18 mm olduğu qeyd olunub: “Bu, aylıq normanın 90 faizi həcmindədir. Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb.

Bütün bunlara baxmayaraq şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”.

Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmağı qətiyyən tövsiyə edilmir, bu nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarlı havaya görə Bakı məktəblərində davamiyyət aşağı düşüb

Sonrakı məqalə

Bakıda qar örtüyünün hündürlüyü 20 sm-dir –