Bakı şəhər prokuruna iki müavin və iki köməkçi təyin edilib- Baş Prokurordan əmr

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavinləri vəzifəsinə təyin ediliblər.

Baş prokurorun imzaladığı digər əmrlərlə Şəbnəm İbrahimov və Famil Axundov Bakı şəhər prokurorunun köməkçiləri təyin olunub.

Bundan başqa, Sabirabad rayon prokuroru Pərvin Quliyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyevin imzaladığı digər əmrlərlə Rövşən Əliyev Bakı şəhər prokurorluğun Daxili Araşdırmalar İdarəsinin rəisi, Günay Eyyubova isə Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəis müavini təyin ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bəhram Bağırzadə komadan ayılıb

Sonrakı məqalə

Sürücülərin icazə alması qaydası müəyyənləşib – 8103-də daha bir