Bakı Şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır –AÇIQLAMA

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların qəbulu mərkəzi fəaliyyətini 2020-ci il dekabrın 1-dək dayandırıb.

Bu barədə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected][email protected] elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır” –

Sonrakı məqalə

Dövlət Nəfəs alətləri orkestrinin sabiq bədii rəhbəri məhkəmə qarşısında –