Bakı Slavyan Universitetinin dosenti koronavirusdan vəfat edib

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

Bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.

“Koronavirus BSU-dan da yan kecmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok icində. Hamı kədər icində. Mən ilk dəfə rektorumu belə dərd icində, “necə bir gəlini itirdik”, – deyə icin-icin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Hec özümə yer tapa bilmirəm!”, – deyə prorektor bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiya dünyada ağır iqtisadi fəsadlara yol açacaq –

Sonrakı məqalə

Birjalarda neft ucuzlaşıb