“Bakı və İrəvanı regionda gəginliyin azaldılması üçün addımlar atmağa çağırırıq”- RUSİYA XİN

“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin pisləşməsindən narahatdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva Bakı və İrəvanı regionda gəginliyin azaldılması üçün addımlar atmağa çağırır.

“Sərhəddə gərginlikdən ciddi narahatıq. Biz Bakı və İrəvanı qətiyyətlə təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırırıq”, – Zaxarova deyib.

O, həmçinin Moskvanın məsləhətçi yardım göstərməyə hazır olduğu delimitasiya komissiyasının işinin vacibliyini qeyd edib.

Zaxarovanın sözlərinə görə, baş verənlər Bakı və İrəvanın bir sıra üçtərəfli sazişlərin yerinə yetirilməsinə tezliklə qayıtmasının zəruriliyini təsdiqləyir.

Azpost.info

 

Əvvəlki məqalə

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Sonrakı məqalə

“İndi yeni dövr başlayır, böyük nailiyyətlər olacaq”