Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb

User 06 Aprel 2023 - 17:15 (Last updated: 21 May 2025 - 20:15)
xestexana

Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb, çarpayı fondu ləğv edilib.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib.

Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nın 13 mart 2023-cü il tarixli əmrinə əsasən “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Zabrat Müalicə Diaqnostika Mərkəzi, Kürdəxanı Sağlamlıq Mərkəzi və Zirə Müalicə Diaqnostika Mərkəzində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondunun ləğv edilməsi, yalnız ambulator-poliklinik fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.

Məqsəd ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, ambulator-poliklinik fəaliyyətin müasir tələbatlara uyğun şəkildə təşkil olunmasıdır.

Qeyd edək ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-də onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib. Bundan sonra 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çarpayıların yığışdırılması, xəstəxanada dəyişiklik edilməsi və sağlamlıq mərkəzinə çevrilməsinə dair məlumat var idi.

TƏBİB-dən qeyd edilib ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına baş həkim vəzifəsinə yeni təyinat yoxdur.

Post navigation

Previous: Türkan Şoray və Kadır İnanırın oynadığı məşhur filmdəki uşaq kimdir? –
Next: 92 yaşlı milyarder nişanı qaytardı

Oxşar xəbərlər

Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08

xƏBƏR

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Oktyabrın 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...
Read more about Bu günə olan valyuta məzənnələri
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.