Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.
Bu haqda Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, xəbəri ilk olaraq ajans.az saytı yayıb