Bakıda 19 nəfəri gün vurub

29 İyun 2021 - 13:18

İyunun 22-29-də ümumilikdə 19 nəfər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 5-i uşaq olmaqla, 17 nəfərə yerində yardım göstərilib, 7 nəfər (2-si uşaq olmaqla) hospitalizasiya edilib.