Bakıda 20 yaşlı tələbə qız dəm qazından boğulub

22 Fevral 2020 - 11:15

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.   

Hadisə paytaxtın Nizami rayonundan qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, G. Məmmədova tələbə olub.