Bakıda 3600 manatlıq telefon oğurlanıb

Mayın 22-də Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3600 manat dəyərində telefonunun oğurlanmasını bildirib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşkı V.Kərimov da müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.