Bakıda 4 yaşlı uşaq qaynar süd qazanına düşərək ölüb

28 İyul 2020 - 09:48

Bakıda 4 yaşlı uşaq yanaraq ölüb.

İyulun 27-də saat 13.00 radələrində Xəzər rayonu Binə qəsəbəsi Atçılıq  yaşayış məntəqəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanında düşüb. 4 yaşlı uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.