Bakıda itkin düşmüş 46 yaşlı qadın tapılıb –FOTO

Fevralın 25-də Bakıda itkin düşən 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı tapılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qadın ailəsinə təhvil verilib.

**

Bakıda 46 yaşlı qadın itkin düşüb.

Sabunçu rayon, Ramanı  qəsəbəsi, M. Ə. Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan,  1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görüblər. Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fazil Mustafa da Prezident Administrasiyasında olub

Sonrakı məqalə

ABŞ-da koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb