ABŞ-da koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

ABŞ-ın Vaşinqton ştatında koronavirusa yoluxanlardan bir nəfər ölüb. 

Reuters-in verdiyi məlumata görə, bu barədə Dövlət Səhiyyə rəsmiləri bildirib.

Qeyd edilib ki, bu, ABŞ-da koronavirusdan ilk ölüm hadisəsidir. Açıqlamaya görə, ölüm faktı Bakı vaxtı ilə 22 radələrində qeydə alınıb.

Bildirilib ki, bununla bağlı keçiriləcək mətbuat konfransında ətraflı məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda itkin düşmüş 46 yaşlı qadın tapılıb –

Sonrakı məqalə

AZAL Tehrana uçuşları dayandırdı