Bakıda 92 yaşlı qadını maşın vurdu –İlkin tibbi yardım göstərilib

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı yaşlı qadın xəsarət alıb.

APA xəbər verir ki, qəza Akim Abbasov küçəsində baş verib.

1929-cu il təvəllüdlü Allahyarova Xalidə Səftər qızı yolu piyadaların keçidi üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti nisbətən yüngüldür.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq baş nazir Pənah Hüseyn koronavirusa yoluxub –

Sonrakı məqalə

Buraxılış imtahanın test tapşırıqları sadələşdirildi