Sabiq baş nazir Pənah Hüseyn koronavirusa yoluxub –"Hal-hazırda müalicə alıram"

Fevral ayının 23-ü koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.

Partiya sədri “Yeni Sabah”a açıqlamasında COVID-19-a yoluxduğunu təsdiqləyib:

“Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hal-hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm”.

Qeyd edək ki, P. Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: “Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah, düşərli olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşğal vaxtı Qarabağda biznes qurmuş xarici şirkətlər Azərbaycandan üzr istəyib

Sonrakı məqalə

Bakıda 92 yaşlı qadını maşın vurdu –