Bakıda ana 4 yaşlı uşağını küçədə ataraq gedib-FOTO

Bakıda ana azyaşlı uşağını küçədə ataraq gedib.

Azpost.info bildirir ki, bu barədə Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Azyaşlı Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən gecə saatlarında aşkar edilib və gecə ilə Uşaq Sığınacağına gətirib.

Balacanın 4 yaşı var.

Kəmalə Ağazadənin sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları tərəfindən uşaqla bağlı araşdırma aparılır:“Azyaşlının vəziyyəti normaldır. Qorxu keçirdiyi hiss olunur. Tapılarkən əlində açar var idi. Onun xoşagəlməz həyat tərzi keçirən valideynlə yaşadığı ehtimal olunur.

Uşağın anası tapılıb, lakin o, dövlət qurumlarının nəzarətindədir. Ananın vəziyyəti, ev şəraiti və sair qiymətləndiriləcək. Ondan sonra baxılacaq ki, anaya uşaq vermək olar, yoxsa yox. Hətta ola bilər ki, qısa müddətə valideynlik hüququndan məhrum edilsin”.

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.