Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər cərimə olunublar –FOTO

Avqustun 29-da Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdıqları müəyyən olunub. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Meyxanaçı Elşən Xəzər və Orxan Lökbatanlı cərimələnib –

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu keçib