Bakıda avtobus qırmızı işıqda keçərək zəncirvari qəza törədib- Ölənlər var

İmişlidəki
İmişlidəki

Bakıda avtobus işıqforun qırmızı işığında keçərək qəza törədib.

Hadisə dünən axşam saatlarında Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Mehdiyev Əkbər Ağamalı oğlu idarə etdiyi “Karsan” markalı avtobusla işıqforun qırmızı işığında dayanmayaraq hərəkətə davam edib. İşıqforun yaşıl işığında Binəqədi şossesi istiqamətində hərəkətə başlayan “Opel-Corsa” markalı avtomobillə, “Opel Carsa” da “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərlə toqquşaraq zəncirvari qəza edib.

Hadisə nəticəsində “Opel- Corsa”nın sürücüsü Azər Əyyubov və sərnişin Cavid Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.