Bakıda avtomobil 19 yaşlı qızı vurub

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzPost-un “Report”a istinadən məlumatına görə, 2006-cı il təvəllüdlü Qələndərova Nəzrin Yalçın qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.