Bakıda bank kartından 4 500 manat pul oğurlandı

Bakıda bank kartından pul oğurlayan şəxs tutulub.

Hadisə mayın 11-i saat 15 radələrində Yasamal rayonu, Landau küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini Ş.Cəfərovun pul kartından bankomatdan 4 500 manat çıxardaraq oğurluq edib.

Daha sonra Ş.Cəfərov bu barədə polis əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 30 dəfə pozub

Sonrakı məqalə

Konstitusiya Məhkəməsi Zakir Qaralov barədə qərar verə bilər