Bakıda baş verən yanğın söndürülüb –

FHN
29 Noyabr 2020 - 17:23

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

 Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.