Bakıda beşmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 1 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.

“Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda vurğulanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.