Bakıda binanın zirzəmisində yanğın söndürülüb

Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar dairəsinə yaxın ərazidə yerləşən binanın zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov APA-ya bildirib ki, hadisə nəticəsində 6 mərtəbəli binanın zirzəmisində 100 kv. metr ərazidə tikinti materialları yanıb.

***

19:19

Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığındakı 6 mərtəbəli binanın zirzəmisində meydana gələn yanğının söndürülməsinə FHN-nin 5 yansöndürən maşını cəlb edilib.

APA-nın məlumatına görə, yanğının söndürülməsi  istiqamətində tədbirlər davam etdirilir.

***

18:55

Bakıda binada baş verən yanğın məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığındakı binanın zirzəmisində meydana gələn yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

saat 17:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın zirzəmisində taxta tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 72 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Xalq artisti Yalçın Rzazadə vəfat edib