Bakıda “BMW” aşıb “Galendewagen”ə çırpıldı –FOTO

Bakının Səbail rayonunda dörd maşın qəzaya uğrayıb.

Hadisə Mehdi Hüseynzadə küçəsində yol ayrıcında qeydə alınıb.

 

Belə ki, “BMW” markalı maşının sürücüsü sükana nəzarəti itirərək aşıb.

Aşan nəqliyyat vasitəsi yol kənarında dayanan “Mercedes Galendewagen” markalı maşına çırpılıb.

Hərəkətsiz vəziyyətdə olan “Mercedes” yol kənarında dayanan “Toyota” və “Chevrolet” markalı maşınlara dəyib.

Zərbənin gücündən “BMW” yararsız hala düşüb və sürücüsü xəsarət alıb.

Fakt üzrə əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.