Bakıda bu restoranlar tüstüyə görə cərimələndi

Tüstü
Tüstü

Bakıda fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərinin ətraf mühitə ziyan vurduğu müəyyən edilib. AzPost xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı bir neçə restoran və şadlıq sarayının havaya normadan artıq tullantı atdığı aşkarlanıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimovanın açıqlamasına əsasən, yoxlamalar son bir həftə ərzində Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən həyata keçirilib.

Nəticədə “Mega Palace”, “Bəyaz Saray”, “Fəridə” şadlıq sarayları ilə yanaşı, “İmperator”, “Kənd Qəbələ”, “Niaqara”, “Qədim Bərdə”, “Çinaraltı Kabab”, “Qoca Çinar” və “Lüks Dönər” restoranlarında ekoloji normativlərin pozulduğu müəyyən olunub.

Araşdırmalar göstərib ki, bu obyektlər havaya normadan artıq zərərli qaz və tüstü buraxır. Qanunvericiliyə əsasən, faktlar üzrə obyekt sahibləri barəsində protokollar tərtib olunub.

Nazirliyin məlumatına görə, hər bir obyekt iki min beş yüz manat məbləğində cərimələnəcək. İradə İbrahimova bildirib ki, monitorinqlər davam etdiriləcək və ekoloji təhlükəsizlik məsələsində ciddi nəzarət tədbirləri gücləndiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.