Bakıda COVID-19-a ən çox yoluxma hansı rayonlardadır? –

SİYAHI
11 Sentyabr 2021 - 09:19

Azərbaycanda yeni növ koronavirus infeksiyasına paytaxtın rayonları üzrə yoluxma göstəriciləri açıqlanıb.

“Koronavirusinfo.az” saytı xəbər verir ki, paytaxt üzrə COVID-19-a yoluxma halları daha çox Binəqədi (14,6 faiz), Xətai (13,5 faiz), Yasamal (11,8 faiz) rayonlarında müşahidə edilib. Bundan əlavə, yoluxanların 11,7 faizi Sabunçu, 8,3 faizi Suraxanı, 7,9 faizi Nərimanov, 7,7 faizi Nəsimi, 7,5 faizi Xəzər, 7,1 faizi Nizami, 4,9 faizi Səbail, 4,4 faizi Qaradağ, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Xatırladaq ki, ölkə üzrə koronavirusa yoluxma hallarının 54,6 faizi Bakının payına düşür.