Bakıda COVID-19-a ən çox yoluxma hansı rayonlardadır? –SİYAHI

Azərbaycanda yeni növ koronavirus infeksiyasına paytaxtın rayonları üzrə yoluxma göstəriciləri açıqlanıb.

“Koronavirusinfo.az” saytı xəbər verir ki, paytaxt üzrə COVID-19-a yoluxma halları daha çox Binəqədi (14,6 faiz), Xətai (13,5 faiz), Yasamal (11,8 faiz) rayonlarında müşahidə edilib. Bundan əlavə, yoluxanların 11,7 faizi Sabunçu, 8,3 faizi Suraxanı, 7,9 faizi Nərimanov, 7,7 faizi Nəsimi, 7,5 faizi Xəzər, 7,1 faizi Nizami, 4,9 faizi Səbail, 4,4 faizi Qaradağ, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Xatırladaq ki, ölkə üzrə koronavirusa yoluxma hallarının 54,6 faizi Bakının payına düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə avqust ayında bu ərzaqlar bahalaşıb –

Sonrakı məqalə

Diş pastası, mebel, sampun bahalaşıb –