Ölkədə avqust ayında bu ərzaqlar bahalaşıb –Hansı mallar ucuzlaşıb? (RƏSMİ)

2021-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin avqust ayına nisbətən 107,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin avqustunda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında daha çox bahalaşma qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan yağının, limonun, qarpızın, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, kartofun, soğanın, şəkər tozunun, vaflinin, şokolad və təbii şokolad məmulatlarının, çayın, kola içkisinin, limonadın, arağın, pivənin qiymətində olub.

Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, almanın, armudun, şaftalının, gavalının, yemişin, üzümün, bibərin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Çupriyanı Rusiya FHN-ə müvəqqəti rəhbər təyin edib

Sonrakı məqalə

Bakıda COVID-19-a ən çox yoluxma hansı rayonlardadır? –