Bakıda dəhşətli qəza-3 nəfər yanaraq öldü /FOTO

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən APA-ya verilən məlumata görə, “VAZ-2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq aşıb. Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.

**

Binəqədidə baş verən qəzada ölənlərin sayı üçə çatıb.

FHN-in xüsusi riskli xilasetməl xidməti həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

Əvvəlki məqalə

Ərdoğan Ankarada yüz minlərin qatıldığı seçki mitinqini keçirib

Sonrakı məqalə

Laçın sərhəd postundan ilk erməni maşınları keçdi, pasportlar yoxlanıldı –