Bakıda doğum evində körpənin ölməsi ilə bağlı cinayət işi başlanıb

26.07.2022-ci il tarixdə “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

Yasamal rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş verib və nəticədə uşaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Əvvəlki məqalə

Bayden G20 sammitində Ərdoğana təşəkkür edib

Sonrakı məqalə

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var