Bayden G20 sammitində Ərdoğana təşəkkür edib - ABŞ lideri Türkiyəni "mühüm oyunçu" adlandırıb

“Türkiyə İsveçin NATO blokuna daxil olması yolunda mühüm oyunçudur”.

Azpost.info xəbər verir ki, bunu İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə ABŞ prezidenti Co Bayden deyib.

Bayden İstanbulda baş verən terror aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib. O, Türkiyə liderini F16 təyyarələrinin Ankaraya tədarükü prosesinə ABŞ administrasiyasının davamlı dəstəyinə əmin edib.

Regional proseslərə toxunan Bayden “taxıl sazişi” yolunda problemlərin aradan qaldırılmasına və kənd təsərrüfatı məhsullarının tədarükünün bərpasına verdiyi töhfəyə görə Ərdoğana təşəkkür edib.

Türkiyə Prezident Administrasiyasından bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən ticarət və təhlükəsizlik sahələrində fikir mübadiləsi aparılıb.

Azpost.info

Əvvəlki məqalə

Ankarada Rusiya ilə ABŞ arasında danışıqların getdiyi rəsmən təsdiqləndi

Sonrakı məqalə

Bakıda doğum evində körpənin ölməsi ilə bağlı cinayət işi başlanıb