Bakıda ev almaq niyə çətinləşir?-Yeni tikililərdə qiymətlər 13 faiz artdı

2026-cı ilin birinci rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin birinci rübünə nəzərən 8,1% artıb. 

Azpost.info -nun məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatnıda bildirilir.

Məlumata görə, ilkin mənzil bazarında  qiymət artımı bu dövrdə 13.1%, təkrar mənzil bazarında isə 8.1% olub.

İlkin mənzil bazarında  bu kəskin bahalaşma diqqəti çəkir. Ekspertlərin fikrincə, bahalaşma birbaşa makroiqtisadi və struktur amillərlə bağlıdır.

Bura ilk növbədə inşaat materiallarının bahalaşması daxildir. Sement, armatur, taxta kimi əsas inşaat materiallarının qlobal qiymətlərinin və logistika xərclərinin artması birbaşa mənzillərin maya dəyərinə təsir edir.

Eyni zamanda inşaat sektorunda fəhlə və peşəkar usta briqadalarının xidmət haqlarının mütəmadi artması tikinti şirkətlərinin xərclərini yüksəldir. Torpaq sahələrinin məhdudluğu da qiymət artımında vacib amildir. Paytaxt Bakı və ətraf ərazilərdə çoxmənzilli yaşayış binalarının inşası üçün yararlı torpaq sahələrinin tükənməsi torpaq qiymətlərini kəskin şəkildə artırıb.

Həmçinin tikintinin keyfiyyətinə, infrastrukturuna və müasir standartlara qoyulan ciddi nəzarət qaydaları xaotik tikintilərin qarşısını alsa da, layihələrin icra xərclərini artır.

İlkin mənzil bazarı tikinti şirkətləri tərəfindən yeni inşa edilən və ilk dəfə satışa çıxarılan daşınmaz əmlakların alqı-satqı prosesidir. Sadə dillə desək, bu bazardan mənzil aldıqda siz onun ilk sahibi olursunuz və mülkiyyət hüququ birbaşa tikinti şirkətindən (böyük layihələr, MTK-lar) sizə keçir.

İlkin bazarda qiymətlərə fərdi şəxslər deyil, birbaşa tikinti şirkətləri nəzarət edir. Qiymət təyin olunarkən aşağıdakı amillər əsas götürülür: 

Tikinti xərcləri: Tikinti materiallarının qiyməti, işçi qüvvəsi və logistika.

Görünməyən xərclər: Sənədləşmə, rəsmi rüsumlar, kommunikasiya xətlərinin çəkilməsi.

Mənfəət norması: Şirkətin qazanmaq istədiyi gəlir marjası

Tikinti şirkətləri banklardan kənar, öz daxili şərtləri ilə 1-5 illik (bəzən daha uzun) faizsiz və ya aşağı faizli hissə-hissə ödəniş (daxili kredit) imkanları təklif edirlər.

Mülk həmçinin təhlükəsiz varidatdır. Əhali nağd və sərəncamda qalan gəlirlərini inflyasiyadan qorumaq üçün daşınmaz əmlakı hələ də ən etibarlı yığım və investisiya forması kimi görür. Bu zaman alıcıların köhnə (“Xruşşov”, “Leninqrad” layihəli) binalardan müasir komfortun təmin olunduğu yeni tikililərə (ilkin bazara) kütləvi şəkildə üz tutması tələb balansını kəskin artırır.

Samir Abdullayev

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.