Bakıda fəhlə “Range Rover”dən 16 min oğurladı- 130 manata gödəkçə aldı

Məhkəmə
Məhkəmə

Bakıda avtomobil yuma məntəqəsində “Range Rover”dən 10 min dollara yaxın pul oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1979-cu il təvəllüdlü Nəzər Y. fəhlə kimi işlədiyi “moyka”da Eldəniz adlı müştərinin “Range Rover” markalı avtomobilindən 10 min dollara yaxın pul götürməkdə ittiham edilərək saxlanılıb.

Hadisə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində avtoyuma məntəqələrindən birində baş verib. Belə ki, zərərçəkmiş şəxs özünə məxsus “Range Rover” markalı avtomobili gecə saatlarında yuyulmaq üçün “moyka”ya verib.

Hadisənin səhəri gün zərərçəkmiş avtomobili ilə rayonların birinə gedib. Orada məlum olub ki, Nəzər Y. adlı şəxs onun maşınından 9400 dollar (15980 manat ) pul oğurlayıb.

Təqsirləndirilən şəxs pulu oğurladıqdan sonra özünə 130 manata gödəkçə və 45 manata ayaqqabı alıb. Daha sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığında özünə kirayə ev tutub. Puldan 1100 dollarını xərclədikdən sonra 8300 dolları zərərkəmişə qaytardığı zaman həbs edilib.

Məhkəmənin qərarı ilə, Nəzər Y. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli müəssisədə çəkəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.