Bakıda Fransaya qarşı azadlıq hərəkatının Ofisi açılıb

Bakı Təşəbbüs Qrupunun ofisinin açılışı olub.
Açılış mərasimində Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, qurumun rəsmiləri, müstəmləkə altında olan regionların rəsmi şəxsləri iştirak edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun ofisi “Winter Plaza”da yerləşir.

Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı ilə görüşüb

Sonrakı məqalə

Qəzzaya yardım ötürən humanitar dəhliz açıldıqdan bir saat sonra bağlanıb