“Bakıda hər gün 250 min maşın 400 min şagirdi məktəblərə aparır” –Ekspert tıxacdan yazdı

“Bakıda tıxacları yaradan çoxsaylı səsbəblərdən biri də məktəb və Universitetlərin işinin doğru qurulmamasıdır”.
AzPost bildirir ki, bu barədə iqtisadçı Natiq Cəfərli paylaşımında qeyd edib.
Onun sözlərinə görə, ölkə üzrə oxuyan uşaqların 32%-ə yaxını Bakıda təhsil alır: “2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 422 ümumi təhsil müəssisəsi (orta məktəb) var, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır. Məktəblərin cəmi 8,8%-i və ya 389-u Bakıda fəaliyyət göstərsə də, paytaxtda oxuyan şagirdlərin sayı 542 min 919 olub və ümumi şağirdlərin 31,8%-ni təşkil edib. Yəni, məktəblərin cəmi 8,8%-i Bakıda olsa da, ölkə üzrə oxuyan uşaqların 32%-ə yaxını Bakıda təhsil alır. Bakı məktəblərində təhsil verən müəllim sayı 30 mindən çoxdur”.
Ekspert qeyd edi ki,  hər gün səhər saat 07:15-08:00 arası 400 minə yaxın şagird, 30 min müəllim 389 dövlət, 28 özəl məktəblərə tələsirlər: “Bu insanların hətta yarısı belə avtomobillə məktəblərə gəlsələr, bu o deməkdir ki, səhər saat 07:15-08:00 arası 200-250 min avtomobil yollara çıxır, uşaqları məktəbə aparır”.
N.Cəfərli bildirib ki, hökumət tədris saatını, ona uyğun da iş saatlarını ki, tənzimləyə bilər: “400 minə yaxın şagird və müəllimin 100 mini saat 08:00-də, 150 mini 09:00-da, 150 mini isə 10:00-da dərsə gəlsə, valideynlər üçün də iş yerlərində 8 saatlıq iş rejimi saxlamaqla əsnək iş rejimi tədbiq olunsa pismi olar?! İş saatları 08:00, 09:00, 10:00 başlaya bilər, 8 saatlıq iş rejimi qalmaqla ona nail olacağıq ki, axşam saatlarında da hamı birdən işdən dönməyəcək, çalışan insanlar 17:00-19:00 arası işdən çıxacaqlar ki, bu da axşam tıxaclarının, ictimai nəqliyyatın yükünün azalmasına səbəb olacaq”.
O vurğulayıb ki, bu yanaşma Universitetlərdə də tədbiq oluna bilər – 2024-cü ilin məlumatına görə Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub. Bunların böyük əksəriyyəti Bakı şəhərində təhsil alırlar.
“İctimai nəqliyyatın idarəetməsini təkmilləşdirməklə, tədris və iş saatlarını tənzimləməklə problemi bir xeyli azaltmaq mümkündür” – deyə o vurğulayıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.