Bakıda Heydər Əliyev prospektində yanğın başlayıb-VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Heydər Əliyev prospektində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in verdiyi məlumata görə, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.

VİDEO-APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müəllimlərin 61 faizi peyvəndin iki dozasını qəbul edib

Sonrakı məqalə

“Müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil” –