Bakıda həkimin intiharı ilə bağlı cinayət işi başlanıb- Baş Prokurorluq

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yasamal rayonunda baş vermiş intihar faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın rayon ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.