Bakıda iki metro stansiyasını birləşdirəcək tunel tikintisində obyektlər söküləcək?

metro
metro
“Bakı Metropoliteni” QSC-nin “qırmızı” və “yaşıl” xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunel tikiləcək.
Maraqlı suallardan biri odur ki, sözügedən tunel tikilərkən hansısa tikilinin plana düşməsi, sökülməsi, yerinin dəyişdirilməsi nəzərdə tutulubmu?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirləri səsləndirib:
“Qeyd edilən tunelin tikilməsi üçün plana düşən, sökülməsi nəzərdə tutulan bir obyekt, tikili və ya qurğu yoxdur”.
Xatırladaq ki, “Cəfər Cabbarlı” – “Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasına ilin son rübündə başlanılması nəzərdə tutulub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.