Bakıda intihar edən qız polkovnikin nəvəsidir –Klinika sahibi olan bloqer niyə özünü asıb? (FOTO)

Bakıda intihar hadisəsi baş verib. İntihar edən şəxsin kimliyi müəyyənləşdirilib.

Bakupost.az xəbər verir ki, polkovnik Hamlet Hüseynovun nəvəsi Nigar Məmmədova dünən özünü asıb.

1985-ci il təvəllüdlü N. Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb.

N.Məmmədova ixtisasca stomotoloqdu, özünün klinikası olub, amma daha çox bloger və şou-biznes əhlinə yaxın adam kimi tanınıb. Tanınmış bloger kimi fəaliyyət göstərib. Həmçinin şou-biznes sahəsində də məşhur şəxslərdən olub. Onun yazdığı şeirlərə bir neçə müğənni mahnı bəstələyib. Xüsusilə də müğənni Elnur Məmmədovla sıx əməkdaşlığı olub və bir çox mahnılarının müəllifi odur.

İntiharın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycana rəhbər gələndən sonra dəhşətli sarsıntı keçirdim” –

Sonrakı məqalə

Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək –